Avqustun 14-də yerli vaxtla saat 00:08-də Quba rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
Qeyd edək ki, 18 may tarixində də Quba rayonunda maqnitudası 3.3 olan zəlzələ baş vermişdi.