ATGTİ-nin təşkil etdiyi “ECOFEST” layihəsi başa çatıb

1998-ci ildən etibarən hər il 12 Avqust - Beynəlxalq Gənclər Günü olması münasibətilə dünyada silsilə tədbirlər keçirilməkdədir.

Metbuat.az bildirir ki, bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “ECO-FEST” adlı ekoloji layihə reallaşdırılıb.

Dənizkənarı Milli Parkda həyata keçirilən festivalın baş tutmasında əsas məqsəd sözügedən layihədə gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir. Layinənin ərsəyə gəlməsində Bakı və ətraf ərazilərdə yerləşən ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən 26 Tələbə Gənclər Təşkilatlarının 2,000-dən artıq aktiv üzvünün iştirakı ilə 15,000-dən çox plastik butulka yığılmışdır.

Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə tələbə-gənclər ekoloji aksiyaya cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlamışdır. Hazırlanan materiallar tələbə-gənclər və şəhər əhalisi tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, bu il “Beynəlxalq Gənclər günü” “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR