"Beşiktaş"dan İstanbula çağırdıqları ulduzla bağlı gözlənilməz qərar

Yeni mövsüm öncəsi transfer işlərinə davam edən və yarımmüdafiəsini keyfiyyətli futbolçu ilə gücləndirmək istəyən “Beşiktaş” razılıq əldə etdiyi Aleks Oksleyd Çemberlendən imtina edib.

Metbuat.az xəbər verir ki, "Beşiktaş" “Liverpul”la müqaviləsi başa çatan Aleks Oksleyd Çemberlenlə əvvəlcə razılığa gəlib. Futbolçu ilə detallar artıq razılaşdırılıb.

“BeIN Sports”un xəbərinə görə, futbolçu müqavilə imzalamaq üçün İstanbula gəlib. Lakin “Beşiktaş” qərarını dəyişib. “Beşiktaş” futbolçuya klubun planlarına daxil olmadığını bildirib. “Beşiktaş”ın imtinasından sonra futbolçu geri qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR