​“WhatsApp”dan gözlənilməz yenilik - FOTO

“WhatsApp” bir telefonda birdən çox hesabdan istifadə etməyə imkan verəcək yeni sistemi sınaqdan keçirməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat verib. Bildirilir ki, yenilik eyni anda birdən çox “WhatsApp” hesabı olan istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Yeniliyə əsasən istifadəçilər telefonunu dəyişmədən mövcud hesablar arasında asanlıqla keçid edə biləcək.

Qeyd edək ki, “WhatsApp” buna qədər birdən çox telefon və kompüterdə bir hesabdan istifadə etməyə icazə versə də, eyni telefonda eyni anda iki hesab açmağa icazə vermirdi. Bu səbəbdən istifadəçilər müxtəlif proqramlarından istifadə edərək telefonlarında iki və ya daha çox “WhatsApp” hesabı işlətməyə çalışırdılar. Bu funksiya artıq “İnstagram” və “Telegram”da mövcuddur. Çox hesablı giriş sayəsində “Meta”nın sosial media platforması bir cihazda eyni vaxtda 5 hesabı istifadə etməyə imkan verir. Eynilə “WhatsApp”ın ən böyük rəqiblərindən biri kimi göstərilən “Telegram” da istifadəçilərinə eyni fürsəti təqdim edir.

WhatsApp'tan yeni özellik: Tek cihaz, birden fazla hesap!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR