Azərbaycan millisi II MDB Oyunlarında 4-cü yeri tutub

Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında 4-cü yeri tutub.

Metbuat.az xəbər verir ki, yığma yarışı 62 medalla başa vurub.

İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR