Fantastik təklifə "yox" deyə bilmədi - İstefa verdi

İtaliya millisinin baş məşqçisi Roberto Mançininin istefa verməsi ilə bağlı maraqlı iddia səsləndirilib.

Metbuat.az xəbər verir ki, Roberto Mançini İtaliya Futbol Federasiyası ilə görüşündən sonra razılıq əsasında işindən ayrıldığını ifadə edib. “La Gazzetta Dello Sport” məşqçinin istefa qərarının səbəbini yazıb.

Xəbərə görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyası Mançiniyə millini çalışdırmaq üçün 3 il müddətinə 120 milyon avro təklif edib. Mançini də təklifi qəbul edib. İtaliya millisinin baş məşqçi postunda Antonio Kontenin adı hallanmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR