Məşhur blogerin qəzadan sonrakı görüntüləri - VİDEO

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimovun qəzaya düşdükdən sonrakı görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qeyd edək ki, N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR