FHN “Megafun”da təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 15 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzində “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda, o cümlədən insanların kütləvi toplaşdığı məkanlarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR