Rubl ucuzlaşır, manatın taleyi necə olacaq?

Son günlər Rusiya rublunun kəskin ucuzlaşma müşahidə edilir. Rusiya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Azərbaycanın ixracatında neft və neft məhsulları əsas yer tutsa da, son illərdə qeyri-neft sektorunda artım müşahidə edilir. Rusiya da Azərbaycanın qeyri-neft ixracında ilk yerlərdən birini tutur.

Rusiyada rublun ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Metbuat.az "Trend"ə istinadən bildirir ki, iqtisadçı ekspert Eyyub Kərimli Rusiyada baş verən proseslərin tək Azərbaycana deyil, bütün qonşu ölkələrə müəyyən qədər təsir etdiyini qeyd edir:

"Ölkəmizin qeyri-neft ixracında Rusiya önəmli yer tutur. Fermerlərimiz kənd təsərrüfatı məhsullarını əsasən şimal qonşumuza ixrac edir. Cari ilin altı ayında ticarət dövriyyəsinin 3%-i Rusiyanın payına düşür".

Ekspert əlavə edib ki, Rusiya ilə ticarət tərəfdaşı olan sahibkarlara, fermerlərə müəyyən təsirlər edə bilər.

"Rusiya iqtisadiyyatının zəifləməsi ölkəmizin qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinə mənfi təsirləri ola bilər. Bu baxımdan manatın dayanıqlığına əhəmiyyətli təsiri olmayacaq. Ancaq Rusiyadan Azərbaycana pul köçürmələrində azalma baş verə bilər. Rusiya iqtisadiyyatı zəiflədikcə orada bizneslə məşğul olan soydaşlarımızın maddi vəziyyətinə təsiri qaçılmazdır", - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR