Marketdən şokolad alanların nəzərinə: Əgər bu baş veribsə...

Marketlərdə istidən əriyən şokaladlara, yəqin ki, çoxumuz rast gəlmişik. Rəflərdə formasını itirən belə şokaladları görəndə istər-istəməz həmin məhsulu almağa tərəddüd edirik. Qida zəhərlənmələrinin artdığı dövrdə şokaladların bu şəkildə vitrində satılması isə narahatedici məqamdır.

Bəs ərimiş şokaladları istehlak etmək nə dərəcədə təhlükəlidir?

Metbuat.az "Bizim.media"ya istinadən bildirir ki, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova şokoladın 20 dərəcədən yüksək temperaturda saxlandıqda əridiyini və məhsulun həm formasında, həm də tərkibində müəyyən dəyişikliklərin baş verdiyini deyir:

“Ümumiyyətlə, şokalad keyfiyyətli məhsullardan, yəni kakaodan və təbii yağdan hazırlanıbsa bu zaman onun saxlanma müddəti, tünd şokaladdırsa 2 ilə qədər, südlü şokaladdırsa 1 ilə qədər olur. Lakin ağ şokalad 4 aya qədər saxlana bilər. Ancaq 20 dərəcədən az temperaturda saxlanması lazımdır. Təbii keyfiyyətli şokaladdırsa, və əriyib üzərində ağ təbəqə yaranıbsa, bu içindəki yağın üstə çıxması deməkdir.

Əgər şokolad təzədirsə, yeyilə bilər. Ancaq bu gün satışda olan şokaladların əksəriyyətinin tərkibində az miqdarda kakao, daha çox bitki və spred yağları, eyni zamanda da emulqator, stalbizat, aromizator və bu kimi kimyəvi qatqı maddələri mövcuddür.

Belə şokaladlar əridikdə tərkibində kimyəvi reaksiyalar gedir ki, bu da insan orqanizmi üçün həddindən artıq çox zərərlidir. Hətta qida zəhərlənməsinə də gətirib çıxara bilər. Yaxşı olar ki, belə şokaladlar əriyibsə, artıq istifadə olunmasın’’.

Mütəxəsis qeyd edir ki bu cür ərimiş formada şokoladları yeyən insanlar ani baş ağrıları, ürək bulanma qusma, hətta ishalla rastlaşır ki, bunu nəzərə alaraq, belə şokoladları yemək məsləhət görülmür:

“Əgər paketin tamlığında pozulma, yaxud şokaladın üzərində xarlamış şəkər kimi görüntülər varsa, bu artıq onun tərkibində dəyişiklik olduğu deməkdir. Şokaladdan zəhərlənməmək üçün yaxşı olar ki, həmin ərimiş formada satılan şokaladdan çox istifadə olunmasın. Bəzən şokalad əridikdə və onun saxlanması zamanı mal qonşuluğu prinsipi pozulur və açıqda qalır. Bu zaman da onun rəngi və görüntüsündə dəyişiklik olur. Eyni zamanda iyində də xoşagəlməz qoxu olur ki, bu da onun xarab olmasının göstəricisidir. Mütləq şəkildə bunlardan uzaq durulmalıdır’’.

M.Hüseynova onu da vurğulayıb ki, soyudulma sistemi düzgün təmin olunmayan marketlərdən şokolad almaq məsləhət görülmür:

“Ümumiyyətlə, şokalad və digər qida məhsullarını alarkən üzərində etiket, markalanma qaydalarına diqqət yetirmək lazımdır. İstehsalçı şirkət və saxlanma qaydası, tərkibi haqqında geniş məlumat olmalıdır. İstehsal və son istifadə tarixi də göstərilməlidir. Bütün bu məlumatlara cavab verirsə və saxlanma şəraiti uyğundursa, yalnız bu zaman həmin məhsulu alıb istifadə etmək tövsiyə olunur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR