Ukrayna ordusunun resursları tükənir - Şoyqu

Ukrayna ordusu Qərb ölkələrinin geniş köməyinə baxmayaraq istənilən nəticəni əldə edə bilmir.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə deyib. O bildirib ki, bu özünü Ukraynanın əks-hücumlarında göstərir. Şoyqunun sözlərinə əks-hücumların nəticələri Ukrayna ordusunun resurslarının demək olar ki, tükəndiyini göstərir. Şoyqu həmçinin bəyan edib ki, Afrika ölkələri öz təhlükəsizliyinə təhdidlərə müstəqil cavab vermək qabiliyyətinə malik olmalıdır.

“Rusiya Müdafiə Nazirliyi Afrika ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, - Şoyqu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR