"Gözümü bıçaqla çıxarıb yerə atdı" - Şuşa həbsxanasında əsir saxlanılan şəxs

“Birinci Qarabağ müharibəsi zamanı 1 il 8 ay əsir həyatı yaşamışam. Onun 8 ayı Xankəndidə olub. Ondan sonra Şuşa həbsxanasına gətirilmişəm. Biz Şuşa həbsxanasında olmazın işgəncələrlə rastlaşmışıq”.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bunu Şuşa həbsxanasında erməni əsirliyində olan Cavid Hüseynov deyib. O qeyd edib ki, ermənilər dünyada olmayan və görünməyən işgəncələri azərbaycanlı əsirlərə veriblər:

“1995-ci ilin mart ayının 21-i mənim gözümü çıxardılar. Gecə ilə bizi kamerada sıraya düzdülər. Hamımızı döydülər, mənim əllərimi bağladılar, “dubinka” ilə döyəndən sonra başımı dik qaldırdılar və soruşdular ki, Qarabağ bizimdir, yoxsa sizin? Dedim ki, bizimdir! “Dubinka” ilə gözümə vurdular. Səhəri gün gördülər gözüm çirk eləyib, pis vəziyyətdəyəm, məni həbsxana rəisinin yanına apardılar. Rəis cibindən bıçağı çıxararaq gözümü yerindən çıxarıb atdı yerə. Mənə dedi ki, səndən soruşsalar, deyərsən ki, meşədə yıxılmısan, odun dəyib. Bir dəfə isə yanvar ayında Şuşa İcra Hakimiyyətinin qarşısında hovuzu təmizləməyə aparmışdılar. Orda da bizi döydülər. Əsir yoldaşım Həmid də mənimlə bir yerdə idi, ikimizi də bərk döydülər. Mənim başıma dəmir boru ilə vururdular. Don vurmuş boru başımda qırıldı. Məni qarın altına basdırdılar. 8 saat qarın altında qaldım. Deyiblər ki, bu ölüb, atın getsin. Donum açılsın deyə üstümə isti su töküblər, amma hiss etməmişəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR