Mərakeşli iş adamı Azərbaycan klubunu alır - MƏBLƏĞ

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

Metbuat.az offsideplusaz-a istinadən xəbər verir ki, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin "İmişli" komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.

Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR