Azərbaycan qrossmeysterinin “Tata Steel Chess” şahmat turnirində növbəti rəqibi dünya çempionu olacaq

Azərbaycan qrossmeysterinin “Tata Steel Chess” şahmat turnirində növbəti rəqibi dünya çempionu olacaq
15:48 19 Yanvar 2015
110 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” ənənəvi şahmat turnirində 8-ci turun oyunları başa çatıb.
AzərTAc xəbər verir ki, “Tata Steel Chess” superturnirində Azərbaycan təmsilçisi Teymur Rəcəbov da daxil olmaqla 14 top-qrossmeyster mübarizə aparır.
Altıncı turda yerli şahmatçı Aniş Qiri ilə heç-heçə edən Teymur Rəcəbov, 7-ci turda da ABŞ təmsilçisi Uesli So ilə görüşdə eyni nəticəni təkrarlayıb. 8-ci tur isə T.Rəcəbovun xeyrinə başa çatıb. Polşa təmsilçisi Radoslav Voytaşeyk ilə qarşılaşan həmyerlimiz 59-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.
Beləliklə, Teymur Rəcəbov 8 turdan sonra hesabına 4,5 xal yazaraq 8-ci pillədən 6-cı pilləyə yüksələ bilib. Turnirin lideri isə hesabına 6 xal yazan dünya çempionu Maqnus Karlsendir. 9-cu turda təmsilçimizin rəqibi norveçli Maqnus Karlsen olacaq.
Yarış dairəvi sistem üzrə 13 turdan ibarət keçirilir və yanvarın 26-da başa çatacaqdır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_qrossmeysterinin_Tata_Steel_Chess_sahmat_turnirinde_novbeti_reqibi_dunya_chempionu_olacaq-825769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR