Neymar “Əl-Hilal”a transfer oldu - RƏSMİ

Səudiyyə Ərəbistanı klubu Neymarı transfer etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, yayılan məlumatlara görə, braziliyalı yarımmüdafiəçi ərəb klubu ilə daha bir mövsüm uzadılmaq şərti ilə iki illik müqavilə imzalayıb.

Neymar bu müddət ərzində təxminən 160 milyon avro qazana biləcək.

PSJ-nin bonuslar da nəzərə alınmaqla, futbolçunun transferinə görə 120 milyon avroya qədər alacağı bildirilir ki, bu da klubun tarixində rekord satışdır.

Xatırladaq ki, Neymar ötən mövsüm Liqa 1-də 20 matçda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR