Ramos Türkiyəyə gəlir - Bu kluba yox demədi

"Qalatasaray" Çempionlar Liqasının qruplarına qalacağı təqdirdə Serxio Ramosu heyətə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası “Qalatasaray”ın futbolçu ilə danışıqlar apardığını yazır. Bildirilir ki, Ramos “Qalatasaray”ı rədd etməyib. Futbolçu Türkiyə təmsilçisinə gözləməyi tövsiyə edib.

Ramos "Səudiyyə Ərəbistanından vacib təklif gözləyirəm. O təklif gəlməsə, "Qalatasaray"a gələ bilərəm" cavabını verib. İddialara görə, Ramos “Əl-Əhli” klubundan transfer təklifi gözləyirmiş. Məlumata görə, “Əl-Əhli” Ramosun yerinə türk futbolçu Merih Demiralı heyətinə qatıb.

Başqa ərəb klubundan təklif gəlməsə, Ramos "Qalatasaray"ın təklifini qəbul edəcək. “Qalatasaray” tərəfi ispan ulduza illik 5,5 milyon avro dəyərində iki illik müqavilə təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR