“Qafqazinfo”nun 13 yaşı tamam olur

Bu gün “Qafqazinfo.az” xəbər portalının yarandığı gündür.

Metbuat.az bildirir ki, 16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Sayt fəaliyyətə başladığı ilk gündən oxucuları obyektiv, operativ, lakonik xəbərlərlə təmin etmək prinsipini əsas götürür.

Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də yer alır.

Kollektivimiz adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR