Qəzadan sonra blogerin "Porsche”si bu günə düşdü - VİDEO

"Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobilinin yeni görüntüləri yayılıb.

Metbut.az xəbər verir ki, videoda blogerin "Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobilinin evakuatorla aparıldığı kadrlar əks olunub.

Sözügedən görüntülər sosial platformalarda yayılıb.

Qeyd edək ki, ötən gün gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 30 yaşlı bloger Nicat Şakirli idarə etdiyi avtomobilini qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi "Scania” markalı yük avtomobilinə vurub. Qəza nəticəsində Nicatın maşınındakı Gəncə şəhər sakini Ruslan Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR