Qəzadan sonra blogerin əşyaları oğurlanıb? - AÇIQLAMA

“Nicatın mobil telefonunu və pul qabısını oğurlayıblar. Bu ən axırınıcı sözə layiq hərəkətdir. Bunu etmək ayıbdır. Ən azından bu sənin də dostunun, tanışının başına gələ biləcək bir hadisədir”.

Metbuat.az xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında ağır yol qəzası keçirən bloger Nicat Şakirlinin dostu, aparıcı və bloger Ramal İsayev deyib. O, Nicatın hadisə zamanı avtomobilindəki ətirlərinin də oğurlandığını bildirib:

“Hadisə zamanı fürsətdən istifadə edib ətirlərinə qədər oğurlayıblar".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bu məsələ ilə hər hansı müraciət daxil olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR