Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Məmmədovun atası Müzəffər Məmmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Şəhriyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR