Rusiya NATO-nu bu ölkədən vuracaq? - Hibrid hücumlar var

Polşa sərhədləri Belarus tərəfindən hibrid hücuma məruz qalır.

Metbuat.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda belə açıqlama verib. Varşavada Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşdən sonra açıqlama verən Duda bildirib ki, bu hücumların arxasında Rusiya var.

Onun sözlərinə görə, Latviya prezidenti ilə görüş zamanı iqtisasi və təhlükəsizlik məsələləri müzakirə edilib. Görüşdə həmçinin Ukraynaya dəstək və əməkdaşlıq, NATO sammitinin nəticələri və ikitərəfli hərbi əməkdaşlıq da müzakirə olunub.

Görüşün ən əhəmiyyətli mövzusunun Ukrayna-Rusiya müharibəsi və Belarusun Polşa sərhədində hibrid hücum təhlükəsi olduğunu ifadə edən Duda bildirib ki, sərhəddə hibrid hücum problemləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR