Azərbaycanlı həkim Avropa çempionatına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

Metbuat.az xəbər verir ki, Federasiyadan məlumat verilib. Bildirilib ki, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iştirak edəcək.

Kazımova 17-20 avqustda Latviyanın Riqa şəhərində təşkil olunacaq turnirin oyunlarına CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR