Robot taksilərin interneti kəsiləndə belə olurmuş

ABŞ-ın San-Fransisko şəhərində robot taksilərin sayının artırılmasına icazə verildikdən bir gün sonra problem yaşanıb.

Metbuat.az xəbər verir ki, internet bağlantısı kəsilən 10 taksi tıxaclara səbəb olub.Məlumata görə, konsertdən sonra istifadəçilərin “Cruise” şirkətinə aid bir neçə robot taksini bölgəyə çağırması sıxlığa və hərəkətdə olan taksilərdə əlaqə problemlərinə səbəb olub. Bağlantı problemi nəticəsində hərəkətsiz qalan 10 robot taksi tıxaca səbəb olub.

Şirkət, nəqliyyat vasitələrinin yaşadığı problemin konsertdən sonra mobil telefonların sıxlığından qaynaqlandığını bildirib və sözügedən problem üzərində çalışdıqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR