İranda yeddi qadın fəal həbs edildi - FOTO

İranın Rəşt şəhərində qadın hüquqları müdafiəçisi olan yeddi xanım saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.

Bildirilir ki, repressiv rejim qüvvələri onların evlərinə basqın ediblər. Qadınlar zorakılıqla həbs olunublar.

Qeyd edək ki, hələlik hüquq müdafiəçiləri olan bu qadınların həbsinin səbəbi, barələrində irəli sürülən ittihamlar və harada olmaları haqda dəqiq məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR