"Neftçi" ilə buna görə razılığa gələ bilmədim - Sergen Yalçın

Türkiyəli məşqçi Sergen Yalçın “Neftçi” klubu ilə razılığa gələ bilməməsinin səbəblərindən danışıb.

Metbuat.az "Milligazete"yə istinadən xəbər verir ki, o Türkiyə mediasına açıqlamasında danışıqların məhsuldar keçdiyini, maliyyə məsələlərində razılığa gələ bilmədiklərini deyib.

“Neftçi Bakı” ilə görüşdük. Əslində danışıqlar yaxşı keçdi. Lakin maddi problemlər oldu. Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim kimi deyildi. Azərbaycana futbolçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyildi” - Sergen bildirib.

Qeyd edək ki, Sergen Yalçınla razılığa gələ bilməyən “Neftçi” baş məşqçi postuna Adrina Mutunu gətirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR