“Qarabağ” pley-offa yüksəldi - UEFA Avropa Liqası / YENİLƏNİB

Ağdamın “Qarabağ” klubu avqustun 17-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın “HİK” komandası ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, “Bolt Arena”da keçirilən görüşdə ağdamlılar hesabda geri düşmələrinə baxmayaraq, oyunu qələbə ilə başa vurmağa nail olublar - 2:1.

Ev sahibləri matçın 10-cu dəqiqəsində Santeri Hostikkanın qolu ilə hesabı açıblar. Qoldan 6 dəqiqə sonra “HİK” futbolçuları meydanda sayca azlıqda qalıblar, Kevin Kuassivi-Benissan qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Hesabı bərabərləşdirmək üçün irəli atılan “Qarabağ” birinci hissənin sonunda (45+3) istəyinə çatıb. Tural Bayramov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra da hücumları davam etdirən ağdamlılar 56-cı dəqiqədə Yassin Benzianın qolu ilə hesabda irəli çıxıblar – 2:1. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və ağdamlılar görüşü qələbə ilə başa vurublar.

Bakıda keçirilmiş oyunda da eyni hesabla qalib gələn “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə ağdamlıların rəqibi Sloveniyanın "Olimpiya" komandası olacaq.

20:52

Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK və “Qarabağ” qarşılaşmasında hesab bərabərləşib.

İlk hissənin sonlarına yaxın Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirməklə fərqlənib.

20:33

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Meydan sahiblərinin heyətində Santeri Hostikka Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı