"Valideynlər məktəbli formalarını istədikləri yerdən ala və ya tikdirə bilərlər" - Məktəb direktoru

"Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər".

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Bu qərara müvafiq olaraq Şuşa Rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən 4 vahid geyim formasından birini seçib.

Məktəbin direktoru Cəmilə Əhmədova məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər:

"Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR