“Fənərbaxça”nın oyunu dayandırıldı: Azarkeşlər stadiondan çıxarıldı - VİDEO

UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça”nın “Maribor”la səfər matçında gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, iki klubun azarkeşləri arasında qarşıdurma baş verib. Oyun 1-0 hesabı ilə “Fənərbaxça”nın xeyrinə olarkən oyun yarımsaatlıq dayandırılıb. Daha sonra “Fənərbaxça” azarkeşlərinin stadionu tərk etmələri üçün anons edilib. Hadisələrin səngiməsi və "Fənərbaxça" azarkeşlərinin stadionu tərk etməsindən sonra oyun yenidən bərpa edilib.

Qeyd edək ki, ilk görüşdə 3-1 hesabı ilə qələbə qazanan “Fənərbaxça” cavab qarşılaşmasında da 3-0 hesabı ilə üstün olub.

B


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR