Ukrayna Rusiyanın iki helikopterini vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 2 “Ka-52” tipli helikopterini vurduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından açıqlama verilib. Bildirilib ki, Rusiya ordusuna məxsus helikopterlərdən biri Baxmut istiqamətində digər isə Zaporojye vilayətində “Robotine” yaxınlığında vurulub. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib ki, vurulan helikopterlər sıradan çıxıb. Onun sözlərinə görə, Rusiya xaricdən gələn hərbi vasitələr olmasa bu helikopterləri uçura bilməz.

"Bu helikopterdə Qərb və Asiya ölkələrinin yüksək texnologiyalı komponentlərin olduğunu bilirik. Rusiyanın sanksiyalardan yayınaraq bu komponentləri hansı üsullarla aldığını araşdırırıq. Rusiya müdafiə sənayesini məhdudlaşdırmaq üçün ölkələrin hökumətləri və istehsal şirkətləri ilə birlikdə çalışırıq” - Andriy Yermak deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı