Rusiyanın qara günləri hələ indi başlayır - Razılıq verildi

Ukraynalı pilotların təlimi başa çatdıqdan sonra ABŞ Danimarka və Hollandiyadan Ukraynaya F-16 döyüş təyyarələrinin göndərilməsinə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken danimarkalı və hollandiyalı həmkarlarına ünvanladığı məktubda deyilir. Məktubda qeyd edilir ki, pilotların təlimləri başa çatdıqdan sonra ABŞ Ukraynanın tələb etdiyi F-16-ların təhvil verilməsi prosesini intensivləşdiriləcək.

“Mən ABŞ-ın həm F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə, həm də ixtisaslı F-16 təlimatçıları tərəfindən ukraynalı pilotların təliminə tam dəstəyini ifadə etmək üçün yazıram”, - Blinken məktubda yazıb.

Qeyd edək ki, müttəfiq ölkələrin ABŞ istehsalı olan döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün ABŞ-ın razılığı tələb edilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR