Sumqayıt bulvarında dörd gün əvvəl itkin düşən qız tapıldı

Avqustun 15-də Sumqayıt bulvarında itkin düşən əqli qüsurlu 25 yaşlı Zeynəb Azər qızı Abbaszadə tapılıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, qız Abşeron rayonu, Masazır qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Zeynəb Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR