Marketlərdə bu məhsulların qiyməti ARTDI

2 həftədir ki, gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.

Metbuat.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, alıcıların sözlərinə görə, son 1 il ərzində bu vasitələrin qiyməti artan templə gedirdi. 15 gün ərzində isə sabun, şampun, yuyucu toz, dezodorant və bu kimi məhsullar yenə, 20 qəpik- 1 manat civarında bahalaşıb.

“Sözügedən məhsulların bahalaşmasını satıcılar da təsdiq edir.”

Onların sözlərinə görə, buna səbəb məhsulların gətirildiyi firmanın yeni qiymətlər müəyyənləşdirməsidir.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, gigiyenik məhsulların qiymət artımı 2 səbəblə əlaqələndirib.

Sözügedən tendensiyanın hələ bir müddət davam edəcəyi ehtimal edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR