Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin son günü fiziki tərbiyə, ingilis dili (rus bölməsi), rus dili və ədəbiyyat, təsviri incəsənət, Azərbaycan dili (rus bölməsi) və fizika fənləri üzrə müsahibələr təşkil olunub.

Bu barədə Metbuat.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 436 nəfər dəvət edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov müsahibələrin gedişatı ilə tanış olub.

Xatırladaq ki, müsahibələr zamanı müvafiq komissiyalar tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR