Qərb və NATO bunu etməyə hazırlaşır - Müharibədə HƏLLEDİCİ AN

Qərb ölkələri və NATO Ukraynaya dəstək olsalar da, artıq müharibəni sona çatdırmaq barədə düşünməyə başlayıblar.

Metbuat.az bildirir ki, bunu hərbi ekspert Sin Bell deyib. “Sky News” nəşrində dərc olunmuş məqalədə qeyd edilir ki, Ukrayna artıq 10 həftədir əks-hücum əməliyyatlarına başlasa da, Rusiyanın istehkamları hələ də möhkəmdir və əks-hücum əməliyyatları ləng gedir.

Ukrayna prezidenti V. Zelenski düşünür ki, əsk-hücum əməliyyatlarının davam etməsi Qərbin Ukraynaya silah yardımından asılıdır. Lakin artıq Qərbin silah anbarları boşalmaq üzrədir və Qərb ölkələrinin imkanları məhduddur.

Son günlərdə Ukrayna ilə NATO arasında da münasibətlər gərginləşib. NATO nümayəndəsi Stian Yenssen bildirmişdi ki, Ukrayna NATO üzvü olmaq üçün torpaq güzəştinə getməlidir. Ukrayna rəsmiləri isə buna sərt reaksiya verdilər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR