Azərbaycanlılar Şərqi Ukraynaya yardım konvoyu göndərdilər (FOTO)

Azərbaycanlılar Şərqi Ukraynaya yardım konvoyu göndərdilər (FOTO)
15:51 19 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqində baş verən anti terror döyüşlərində yaralananlara növbəti humanitar yardım konvoyu göndəriblər.

ANS PRESS-in Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə (BUAK) istinadən verdiyi məlumata görə, yardım kampaniyası konqres sədri Rövşən Tağıyevin və konqresin Dnepropetrovski vilayəti üzrə sədri Qüdrət Hacıyevin təşkilatçılığı ilə baş tutub.

Yardım kampaniyasına “UAZ” avtomobilləri, 3 tondan çox ərzaq və müalicə ləvazimatları təşkil edib. Bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılar ölkədəki antiterror mübarizəsində həmrəydirlər və belə humanitar aksiyalar yenə davam edəcək.






























Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR