Türk futbolunda tarixi transfer - "Cim-Bom"dan rekord qazanc

İngiltərənin "Aston Villa" klubu "Qalatasaray"ın italiyalı ulduzu Nikolo Zaniolonu icarəyə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisinə icarə haqqı olaraq 5 milyon avro ödəniləcək. İcarə müddətinin sonunda "Aston Villa" oyunçunu 22,5 milyon avroya oyunçunu birbaşa transfer edə bilər. Həmçinin müqavilədə 15,5 milyon avro bonuslar yer alıb.

Bununla da, ilk dəfə bir türk klubu bir oyunçunun transferindən 44 milyon avro qazanmış olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR