"WhatsApp"dan göndərilən fotolarla bağlı YENİLİK

"WhatsApp"da artıq göndərilən media fayllarının təsvirini redaktə etmək mümkün olacaq.

Metbuat.az bildirir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb. Yeni funksiya mərhələli şəkildə yayılır və yaxın vaxtlarda bütün istifadəçilər bundan istifadə edə biləcəklər. Artıq göndərilmiş media faylının mətnində dəyişiklik etmək üçün mesajı basıb saxlayın və "Düzəliş et" düyməsini sıxmalısınız.

Redaktələr yalnız mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində və yalnız mesajın ilkin göndərildiyi cihazdan edilə bilər. Mesajı alan şəxs edilən dəyişikliklər barədə məlumatlandırılacaq.

Qeyd edək ki, bundan öncə tətbiqdə göndərilən mesajları redaktə etmə özəlliyi aktiv edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR