Türk iş adamı dənizdə buna görə batıbmış - TƏFƏRRÜAT

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub.

Metbuat.az "Oxu.az"a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.

S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib.

Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı