Ukrayna Moskvaya hücum etdi

Rusiya Ukrayna ordusunun Moskvaya pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısını alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı ilə Moskva vilayətinə hücuma cəhd edib. Açıqlamada Ukraynaya məxsus PUA-nın Moskva vilayətinin hava məkanında hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Açıqlamada deyilir ki, Ukrayna PUA-sı Moskva vilayətində Pokrovskoye qəsəbəsi yaxınlığında ərərsizləşdirilib. Fəsadlar qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR