Fulya Öztürk "Xəzər Tv"də çalışacaq? - Lalə Azərtaş paylaşdı

Tanınmış Türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.

Metbuat.az bildirir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat verib. O qeyd edib ki, Xəzər telekanalının rəhbəri Murad Dadaşov, Fulya Öztürk və Lalə Azərtaş arasında görüş olub:

"Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun".

Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR