Azərbaycanda mobil operatorların gəlirləri AÇIQLANDI

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,7 faiz artaraq, 1715,3 milyon manat təşkil edib ki, onun da 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 38,2 faizi və ya 654,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR