Ərəblər dünya çempionunu "Qalatasaray"ın əlindən aldı

“Qalatasaray”ın transfer siyahısında olan yarımmüdafiəçi Rodriqo de Paul Səudiyyə Ərəbistanı klubuna transfer ola bilər.

Metbuat.az xəbər verir ki, “Əl-Əhli” klubu “Atletiko Madrid”in futbolçusu üçün təklif göndərib. İtalyan insayder Fabrizio Romanonun xəbərinə görə, transfer asan olmasa da, krallıq klubu fantastik təkliflə transferi yekunlaşdıra bilər. Futbolçunun təklifi rədd etmədiyi nəzərdən keçirdiyi iddia edilib. Məlumata görə, iddialı təklif qarşısında “Atletiko Madrid” yarımmüdafiəçi Rodriqo de Paulun satılmasına etiraz etməyəcək. Bildirilir ki, “Qalatasaray” da Paulu transfer etməkdə qərarlıdır.

Qeyd edək ki, “Əl-Əhli” klubu bundan əvvəl Riyad Mahrez, Roberto Firmino, Allan Saint Maximin və Merih Demiral kimi ulduzları futbolçuları transfer edib. Rodriqo de Paul 2022-ci ildə Argentina ilə Dünya kubokunu qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR