Ramosdan imtina edən "Beşiktaş" 9 qat çempionu transfer edir - FOTO

“Beşiktaş” klubu Serxio Ramos transferindən imtina edib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” Ramosun əvəzinə Leandro Bonuççini heyətinə qatmaq istəyir. İtaliya mediasının məlumatına görə, “Beşiktaş” həm futbolçu ilə həm də “Yuventus”la danışıqlar aparır. Məlumata görə, “Beşiktaş” dünyaca məşhur italyan müdafiəçi üçün iddialı təklif hazırlayıb. Xəbərdə qeyd olunur ki, 36 müdafiəçi özü də klub axtarışındadır.

Qeyd edək ki, 9 dəfə İtaliya A seriyasında çempion olan Bonuççi 4 dəfə İtaliya kubokunu, 5 dəfə isə İtaliya Superkubokunu qazanıb. İtaliya millisi ilə Avropa çempionu olan Bonuççi ilin futbolçusu seçilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR