Süni intellekt Fətəli Xan Xoyskini canlandırdı - FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan Fətəli Xan Xoyskinin süni intellektlə fotoları hazırlanıb.

Metbuat.az xəbər verir ki, fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilib, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR