Payızın ilk ayı bürcləri nə gözləyir? - Pul, sevgi, iş təklifi

Astroloqlar sentyabr ayının bürc proqnozunu açıqlayıblar.

Metbuat.az həmin məlumatı təqdim edir:

Buğa üçün sentyabr ayı maliyyə baxımdan uğurlu ay olacaq. Onları yeni iş təklifləri, cəlbedici investisiya imkanları və gözlənilməz gəlir artımları gözləyir.

Əkizlər Merkuri retrosundan sonra özlərini çox yorğun hiss etsələr də, payızın sərin havası onların daxili dünyasına sakitlik gətirəcəkdir. Bir neçə aydır etmək istədikləri bir çox plan reallaşa bilər. İş yerində yaranmış problemlərə görə narahat olan Əkizlər sentyabrda gözlənilməz təkliflərlə qarşılaşacaqlar. Seçim şansı hər zaman var. Əziz Əkizlər, siz nə etmək olduğunu yaxşı bilirsiniz.

Sentyabr Xərçəng üçün də maddi baxımdan gözlənilməz gəlirlər və yeni iş sövdələşmələri baxımdan uğurlu bir ay olacaq. Onlara investisiyalarda diqqətli olmaq və xüsusilə riskli işlərdən uzaq durmaq tövsiyə olunur.

Tərəzilər sentyabrda olduqca diqqətli davranmalıdırlar. Düzgün qərar versələr həm qazanclarını artacaqlar , həm də il sonuna qədər rahatlıq tapacaqlar.

Əziz Şirlər, sizi romantik münasibətlərdə ehtiraslı günlər gözləyir. Şəxsi həyatınızda sürprizlər baş verə bilər.

Qızlar ay ərzində emosional tarazlığı qorumaq üçün meditasiya və ya yoqa kimi fəaliyyətlərlə məşğul olsalar psixoloji gərginlikləri azala bilər.

Əqrəblər, maliyyə hədəflərinizi nəzərdən keçirdin. Uzunmüddətli planlar qurmaq, şəxsi dəyərlərinizə uyğun hərəkət etmək daxili rahatlığınızı bərpa edəcəkdir.

Qoçlarla bağlı müsbət dəyişikliklər olacaq. Onlar həm karyera, həm eşq həyatında yüksəlişə doğru addımlayacaqlar.Sizə mane olanlara əhəmiyyət verməyin, Tanrı sizə istədiyiniz şansı göndərdi,dəyərləndirə bilərsiniz.

Oxatanlar yay ərzində etdiyi istirahətini bir qədər də uzadaraq payızın ilk ayında da davam edə biləcəklər. Onların daxili aləmləri, xəyalları ilə baş-başa qalmaq üçün ideal vaxtdır. Dostlarınızla xoş vaxt keçirmək mənəvi enerjinizi artıra bilər.

Sentyabrda Oğlaqlar karyeralarında diqqəti yeni hədəflərə yönəltmək üçün əlverişli zaman qazanacaqlar. İş yerində liderlik və məsuliyyət imkanları qarşınıza çıxa bilər.

Dolçalar gələn ay intellektual maraqlarını inkişaf etdirə bilərlər. Payızın ilk ayında dünyanı gəzib görmək, sevdiklərinizlə zaman keçirmək sizə rahatlıq gətirəcəkdir.

Balıqlar diqqətini maliyyə məsələlərinə yönəltmək üçün münasib vaxt tapacaqlar. Xərclərinizə nəzarət etməklə, gələcəyə qənaət edə bilərsiniz. Emosional münasibətlərdə daha anlayışlı olmaq və yaxınlarınıza dəstək olmaq üçün də yaxşı aydır.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR