Anri bu komandaya baş məşqçi təyin edildi

Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi gətirilib.

Metbuat.az xəbər verir ki, bu post keçmiş futbolçu Tyerri Anriyə həvalə edilib. Fransa Futbol Federasiyası Tyerri Anri ilə 2025-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb. Tyerri Anrinin köməkçiləri Cerald Baticle və Qael Klişi olub. Anri 2025-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatında və Paris 2024 Olimpiya Oyunlarında komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, futbolçu karyerasından sonra Anri "Arsenal"da gənclər məşqçisi kimi çalışıb. Ardınca o, “Monako” və “Monrealda” məşqçi, Belçika millisində isə köməkçi məşqçi kimi çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR