"Sərhədlər bu şəxslər üçün açılmalıdır" - Deputat

“Azərbaycan quru sərhədləri açmır. Bunu mən yalnış hesab edirəm. Sərhədlər mütləq tələbələr və xəstələr üçün açılmalıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri "Anews.az"a açıqlamasında millət vəkili Fazil Mustafa deyib:

“Bunun ola bilər ki, təhlükəsizlik və başqa motivləri var. Bunu da cəmiyyətə müəyyən dolayı yolla çatdırmaq olar. Amma bu sərhədlər mütləq tələbələr və xəstələr üçün açılmalıdır. Onlar quru sərhədi keçməlidir. Bir xəstə sən sərhədi 2-3 bağla. Bir xəstə bunu gözləyə bilməz ki. Müalicə olunmasa öləcək. Kefiyyətli müalicən yoxdursa bunu açmalısan. Tələbə hər dəfə təyyarə ilə gəlib gedə bilmir. Bunun haqqını tanımalısan. Mütləq mənada sərhədi bağlamaq yanlışdır. Təhlükəsizlik və başqa səbəblər varsa təbii ki, bunu cəmiyyət də anlayır. Müəyyən kateqoriyaları nəzərə almaq lazımdır, çünki həyatlarının faciəsinə çevrilə bilər”.

Qeyd edək ki, Azərbaycanda quru sərhədləri 2020-ci ilin martından bəri bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqlayəb. Ölkdədə pandemiya ilə əlaqəli karantin rejimi oktyabrın 2-nə qədər uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı