Otay Əsədov İstanbula gedir

Otay Əsədov İstanbula gedir
15:54 19 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-də İstanbula yola düşəcək.

 

APA-nın məlumatına görə, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Sabir Rüstəmxanlı və digər şəxslər daxildir.

 

Sessiyada İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

 

Tədbirdə O. Əsədovun da çıxışı gözlənilir.

 

Sessiyada Azərbaycan deputatları təşkilatın Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar.

 

İclaslarda “XXİ əsrin problemlərinə cavab: qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər müzakirə olunacaq.

 

Səfər çərçivəsində O. Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR