Qvardiola təcili əməliyyat olundu

“Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola Barselonadakı xəstəxanalardan birində bel nahiyəsindən təcili əməliyyat olunub. Əməliyyat uğurlu keçib. Əməliyyatla əlaqədar Xosep Qvardiola komandanın bir neçə oyununu buraxmalı olacaq.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Məşqçinin sentyabrın ortalarında kluba qoşulacağı bildirilir.

Onun yoxluğunda “Mançester Siti”ni oyunlara X.Qvardiolanın köməkçisi Xuanma Lillo çıxaracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR