Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatı zamanı qidadan zəhərlənib.
Metbuat.az xəbər verir ki, bu barədə şahmatçı Beynəlxalq Şahmat Federasiyasına (FİDE) açıqlaması zamanı bildirib.
O vurğulayıb ki, son iki gündür yemək yeyə bilmir:
“Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”, - deyə o bildirib.